"Neftçi" Almaniya millisinin sabiq üzvünün transferini açıqladı

"Neftçi" Almaniya millisinin sabiq üzvünün transferini açıqladı

Yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Bauerin transferini açıqlayıb.

Mediasport.az dünən xəbər verdiyi kimi (https://mediasport.az/neftci-almaniya-bundesliqasinda-oynamis-futbolcunu-transfer-etdi), 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.

Mərkəz müdafiəçisi olan "Karlsrue"nin 29 yaşlı yetirməsi son mövsümü Səudiyyə Ərəbistanının "Əl-Tay" klubunda keçirib.

Stopper karyerası ərzində vətənində "İnqolştadt", "Verder", "Nürnberq"dən sonra "Arsenal" (Rusiya) və "Sent-Trüyden" komandalarının da formasını geyinib.

O, əsasən "Verder"də parlayıb, "Bremen musiqiçiləri"nin heyətində əsas Bundesliqada 90-a yaxın görüşdə meydanda olub.

Bauer 2015-2016-cı illərdə Almaniyanın U-20 və Olimpiya yığmalarında oynayıb.