Sabiq "Neftçi"li "Xankəndi"də
"Xankəndi" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, "Neftçi", MOİK, "Şahdağ Qusar" klublarında oynamış Ruzigar İbrahimzadə Qarabağ klubunun uğurları üçün top qovacaq.
Yarımmüdafiəçi mövqeyində çıxış edəcək İbrahimzadə 14-16 yaşlarında İspaniyanın Barselona şəhərində yerləşən "Fundacion Marcet" Futbol Akademiyasında təhsil alıb.
Yeni yaradılan klub bu keçidə qədər yarımmüdafiəçilər Pərviz Qaraxanov və Məhəmməd Alıyevi, müdafiəçi Əziz Hüseynovu transfer edib.
Xatırladaq ki, "Xankəndi" cari mövsümdən AFFA Region Liqasında iştirak edəcək.