Lionel Messidən 500-cü qol

Lionel Messidən 500-cü qol

Karyerasını ABŞ-nin "İnter" (Mayami) klubunda davam etdirən Lionel Messi ölkə çempionatlarında 500-cü qolunu vurub.

Mediasport.az verir ki, 37 yaşlı superulduz yubileyini MLS- in 3-cü turu çərçivəsində "Orlando Siti" ilə matçda rəsmiləşdirib.

Dünya çempionunun dubl etdiyi görüşdə daha bir məşhur - Luis Suares də 2 qolla yadda qalıb.

Mayami təmsilçisi qarşılaşmada 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, argentinalı futbolçu "Barselona"nın heyətində La Liqada 474 və PSJ-nin heyətində Liqa 1-də 22 qol vurub.

Messinin MLS liqasında isə 4 qolu var.

Cənubi amerikalı bütün rəsmi turnirlər daxil, 891 matç keçirib, 722 qol vurub və 345 məhsuldar ötürmə edib.