İstanbul klubunun yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ
Futbol üzrə Türkiyə Superliqası təmsilçisi "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Kamal Özdeşlə vidalaşan İstanbul komandasını Sami Uğurlu çalışdıracaq.
45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
Kollektiv liqada cari mövsüm 13 turdan sonra 18 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb və liderdən 16 xal geri qalır.