"Fənərbağça" derbidə qalib gəlib, Superliqada "ikihakimiyyətlilik"

"Fənərbağça" derbidə qalib gəlib, Superliqada "ikihakimiyyətlilik"

Türkiyə Superliqasında 15-ci turun mərkəzi qarşılaşması İstanbulda keçirilib.

Mediasport.az xəbər verir ki, maraqla gözlənilən "Beşiktaş" - "Fənərbağça" derbisi qonaqların qələbəsi ilə başa çatıb – 1:3.

Nəticədə, "bülbüllər" xallarının sayını 40-a çatdırıb və turnir cədvəlində 1-ci pilləyə yüksəlib. "Qalatasaray" da əzəli rəqibi ilə eyni xala malikdir.

Cari mövsüm uğursuz çıxış edən "Beşiktaş" isə derbidə aldığı məğlubiyyətdən sonra 4-cü pilləyə yuvarlanıb. "Kayserispor" hazırda yarışın üçüncüsüdür.

Xatırladaq ki, qarşılaşmanı izləyənlər arasında "qara qartallar"ın sabiq futbolçusu Rikardo Kuarejma da olub.

Türkiyə Superliqası. 15-ci tur

"Antalyaspor" - "Fatih Karagümrük" 2:1

"Samsunspor" - "Kasımpaşa" 4:2

"Beşiktaş" - "Fənərbağça" 1:3