AVRO-2024: Fransa yığma komandasının heyəti müəyyənləşib

AVRO-2024: Fransa yığma komandasının heyəti müəyyənləşib

Futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Fransa milli komandasının heyəti açıqlanıb.

Mediasport.az baş məşqçi Didye Deşam 24 futbolçuya güvənib.

İyunun 14-də start götürəcək AVRO-2024-ə iyulun 15-də yekun vurulacaq.

Fransa millisi D qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.

Qapıçılar: Alfons Areola ("Vest Hem", İngiltərə), Mayk Menyan ("Milan", İtaliya), Bris Samba ("Lans");

Müdafiəçilər: Jül Kunde ("Barselona", İspaniya), Conatan Kloss ("Marsel"), Benjamin Pavar ("İnter", İtaliya), İbrahima Konate ("Liverpul", İngiltərə), Vilyam Saliba ("Arsenal", İngiltərə), Dayo Upamekano ("Bavariya", Almaniya), Teo Ernandes ("Milan", İtaliya), Ferlan Mendi ("Real" M., İspaniya);

Yarımmüdafiəçilər: Seko Fofana ("Əl-İttifaq", Səudiyyə Ərəbistanı), Adrian Rabio ("Yuventus", İtaliya), Varren Zair-Emeri (PSJ), Orelen Çuameni ("Real" M., İspaniya), Antuan Qrizmann ("Atletiko" M., İspaniya), Nqolo Kante ("Əl-Hilal", Səudiyyə Ərəbistanı);

Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman ("Bavariya", Almaniya), Olivye Jiru (“Los-Anceles”, ABŞ) Kolo Muani (PSJ) Kilian Mbappe (PSJ), Markus Türam ("İnter", İtaliya).