İtaliya yığma komandası 20 ildən sonra Avropa çempionu adını qazandı

İtaliya yığma komandası 20 ildən sonra Avropa çempionu adını qazandı

Maltada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb.

MediaSport.az xəbər verir ki, İtaliya yığması həlledici qarşılaşmada Portuqaliya millisini 1:0 hesabı ilə məğlub edərək Avropa çempionu adını qazanıb.

Qələbə qolunu 19-cu dəqiqədə “Fiorentina”nın müdafiəçisi Maykl Olabode Kayode vurub. Bu, apenninlilərin analoji yarışda 20 ildən sonra qazandığı ilk qızıl medaldır.