"Qarabağ"ın rəqibinin futbolçusu İkardi ilə "komanda yoldaşı" oldu
Çarpaz bağ zədəsindən əziyyət çəkən futbolçulardan ibarət simvolik "11-lik" təşkil edilib.
Mediasport.az xəbər verir ki, rəmzi komandanın ümumi dəyəri 394.7 milyon avrodur.
UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ"a rəqib olacaq Yunanıstanın "Olimpiakos" klubunun türkiyəli forvardı Yusuf Yazıcı da zədəlilər arasındadır. "Qızıl top" qalibinin son qalibi Rodri Hernandes də heyətdə yer alıb.
Çarpaz bağ zədəsindən əziyyət çəkən oyunçulardan ibarət simvolik "11-lik"
Qapıçı: Joao Qonçalves ("Boavişta", 700 min avro)
Müdafiəçilər: Corcio Skalvini ("Atalanta", 45 milyon avro), Qleyson Bremer ("Yuventus", 60 milyon avro), Eder Militao ("Real", 60 milyon avro)
Yarımmüdafiəçilər: Serjinyo Dest (PSV, 22 milyon avro), Rodri Hernandes ("Mançester Siti", 130 milyon avro), Mark Bernal ("Barselona", 5 milyon avro), Dani Karvaxal ("Real", 12 milyon avro)
Hücumçular: Mauro İkardi ("Qalatasaray", 15 milyon avro), Yusuf Yazıcı ("Olimpiakos", 10 milyon avro), Canluka Skamakka ("Atalanta", 35 milyon avro)