Dünyanın ən yaxşı futbolçusu adını qazanmağa 20 namizəd - SİYAHI

Dünyanın ən yaxşı futbolçusu adını qazanmağa 20 namizəd - SİYAHI

“Globe Soccer Awards” mükafatına namizəd futbolçuların siyahısı açıqlanıb.

Mediasport.az xəbər verir ki, dünyanın ən yaxşı olmağa 20 oyunçu namizəddir.

Alessandro Bastoni, Cud Bellingem, Hakan Çalhanoğlu, Fil Foden, Antuan Qrizmann, Qrimaldo, Seru Girassi, Erlinq Haaland, Mats Hummels, Harri Keyn, Yozua Kimmix, Lautaro Martines, Toni Kroos, Kilian Mbappe, Koul Palmer, Rodriqo, Bukayo Saka, Məhəmməd Salah, Bernardo Silva və Vinisius Junior qalib adı uğrunda yarışır.

Mükafat mayın 28-də təqdim olunacaq.

Qeyd edək ki, Avropa Klublar Assosiasiyasının futbol agentləri ilə birgə təsis etdiyi mükafatın təltifetmə mərasimi İtaliyada təşkil olunacaq.

Nominasiyanın son qalibi ötən il Erlinq Haaland olub.