"Neftçi" heyətini paraqvaylı futbolçu ilə gücləndirdi - RƏSMİ
“Neftçi” növbəti transferini həyata keçirib.
Paytaxt təmsilçisi paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdes Samudio ilə 1+1 il şərtli müqavilə bağlanıb.
29 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 6 nömrəli formanı geyinəcək.
Dieqo Valdes Paraqvayın “San Lorenso” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Quayrena” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.
Qeyd edək ki, Mediasport.az avqustun 23-də cənubi amerikalı futbolçunun bakılılarla anlaşdığını yazmışdı - https://mediasport.az/neftci-bu-transferi-bitirdi