Albaniyanı Türkiyəyə dəyişən Vüsal yeni komandasında debüt edib

Albaniyanı Türkiyəyə dəyişən Vüsal yeni komandasında debüt edib

Vüsal İsgəndərlinin yeni komandası "Boluspor" Türkiyə 1-ci Liqasının 18-ci turunda "Adanaspor"la qarşılaşıb - 1:1.

Mediasport.az xəbər verir ki, Albaniyanın "Eqnatia" klubundan Türkiyə təmsilçisinə keçən İsgəndərli debüt oyununda matça start heyətdə çıxıb və 82 dəqiqə meydanda olub.

Vüsalın komandası Joel Kayamba qırmızı vərəqə aldığı üçün 37-ci dəqiqədə 10 nəfərlə qalıb.

Xatırladaq ki, Bolu təmsilçisi hazırda yarışın turnir cədvəlində 23 xalla 9-cu pillədə qərarlaşıb.

Türkiyə 1-ci Liqası. 18-ci tur

"Adanaspor" - "Boluspor" 1:1