Avropa çempionatı: Azərbaycan millisinin rəqibləri məlum olub
Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Mediasport.azxəbər verir ki, yığma Macarıstan, Yunanıstan və Rumıniya kollektivləri ilə 6-cı qrupda mübarizə aparacaq.
İlk raundun oyunları iyulun 1-dən noyabrın 19-dək mini-turnir formatında keçiriləcək.