Türkiyədə azərbaycanlıların duelində qələbəni Diniyev qazandı

Türkiyədə azərbaycanlıların duelində qələbəni Diniyev qazandı

Legioner həyatı yaşayan Azərbaycan millisinin 5 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Renat Dadaşovlu "Ankaragücü"nü məğlub edib (2:0).

Diniyev oyuna start heyətdə başlayıb, 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 83-cü dəqiqədə əvəzlənib.

Renat matça sonradan - 59-cu dəqiqədə qoşulub.

Vüsal İsgəndərlinin uğurları üçün çalışdığı "Boluspor" doğma azarkeşlər önündə "Manisa"nı üstələyib (2:0).

İsgəndərli əsas vaxtın sonuna əlavə edilən 2-ci dəqiqədə meydana çıxıb.

Milli komandamızın cinah futbolçusu Ozan Can Kökçülü "Helsinki" evdə "İlves"ə uduzub (0:1).

Ozan Can 84-cü dəqiqədə oyuna çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) "Erfurt"la heç-heçə edib (1:1).

Dadaşov oyuna start heyətdə başlayıb.

Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" səfərdə "Karpati" üzərində qələbə qazanıb (3:1).

Mustafayev oyuna start heyətdə başlasa da, 56-cı dəqiqədə əvəzlənib.

Bu gün daha 4 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.

Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Bundesliqa 2-də "Hannover"in qonağı olacaq.

Rahil Məmmədovun uğurları üçün çalışdığı "Radomyak" Polşa Ekstraklasasında "Zaqlebye" ilə üz-üzə gələcək.

Cəlal Hüseynovlu "Arda" Bolqarıstan Parva Liqasında "Levski" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Amil Yunanovun komandası "Bilis" Albaniya Superliqasında "Elbasani" ilə qarşılaşacaq.

28 sentyabr

Türkiyə 1-ci Liqası. 7-ci tur

"Bandırmaspor" - "Ankaragücü" 2:0

"Boluspor" - "Manisa" 2:0

Finlandiya Veikkaus Liqası. Pley-off

"Helsinki" - "İlves" 0:1

Almaniya Şimal-Şərq Regional Liqası. 10-cu tur

"Dinamo" (Berlin) - "Erfurt" 1:1

Ukrayna Premyer Liqası. 8-ci tur

"Karpati" - "Polessye" 1:3



29 sentyabr

Polşa Ekstraklasası. 10-cu tur

14:15 "Zaqlebye" - "Radomyak"

Almaniya 2-ci Bundesliqası. 7-ci tur

15:30 "Hannover" - "Nürnberq"

Albaniya Superliqası. 7-ci tur

18:00 "Bilis" - "Elbasani"

Bolqarıstan Parva Liqası. 10-cu tur

19:45 "Levski" - "Arda"