Şahruddinin komandası bu gün səfərdə "Qalatasaray"la qarşılaşır
Bu gün futbol üzrə Türkiyə Superliqasında 15-ci turun açılış oyunu İstanbulda baş tutacaq.
Mediasport.az xəbər verir ki, son çempion "Qalatasaray" evdə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"u qəbul edəcək.
Görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq.
"Cim-Bom" 14 turdan sonra 37 xalla "Fənərbağça" ilə 1-2-ci yerləri bölüşdürür. 5-ci pillədə qərarlaşmış Adana təmsilçisinin aktivində 23 xal var.