Qurbanlının İsveç klubuna keçidinin vasitəçisi keçmiş "Qarabağ"lı olub
Futbol üzrə Azərbaycan milli komandasının hücumçuus Musa Qurbanlının karyerasını İsveçin Yüksək Liqasında davam etdirəcəyindən məlumatlısız.
21 yaşlı forvard Stokholm təmsilçisi ilə bu gün 3 illik müqaviləyə qol çəkib. Musa yeni klubunda 22 nömrəli futbolkada çıxış edəcək.
MediaSport.az saytının məlumatına görə, yığmamızın gənc üzvünün Skandinaviya klubuna keçidində rol oynayan şəxs heç də azərbaycanlı futbolsevərlərə yad sima deyil.
Belə ki, Musanın İsveç klubu ilə müqavilə bağlaması hazırda menecerliklə məşğul olan, 2007/2010-cu illərdə ölkəmizdə "Qarabağ" və "Bakı" klublarında oynamış serbiyalı Boyan İliçin vasitəçiliyi ilə həyata keçirilib.