Vüsal İsgəndərlidən Albaniya Superliqasında qələbə qolu

Vüsal İsgəndərlidən Albaniya Superliqasında qələbə qolu

Albaniya Superliqasında 17-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" səfərdə "Dinamo"nu (Tirana) məğlub edib.

İsgəndərli matçın 80-ci dəqiqəsində vurduğu qolla komandasına 3 xal qazandırıb.

Xatırladaq ki, "Eqnatia" hazırda ölkə çempionatının turnir cədvəlində 37 xalla liderdir.

Albaniya Superliqası. 17-ci tur

"Dinamo" (Tirana) - "Eqnatia" 1:2