Amerika Kubokunda növbəti finalçının adı müəyyənləşdi

Amerika Kubokunda növbəti finalçının adı müəyyənləşdi

ABŞ-nin təşkil etdiyi futbol üzrə Amerika Kubokunda növbəti finalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Uruqvayı məğlub edən Kolumbiya azlıqda qalmasına baxmayaraq, finala adını yazdırıb.

Beləliklə, qızıl medal görüşündə Argentina və Kolumbiya milliləri üz-üzə gələcəklər. Son dünya çempionu bir gün əvvəl Kanadanı məğlub edib (2:0).

3-cü yer uğrunda matçda isə Kanada və Uruqvay yığmaları üz-üzə gələcəklər.


Amerika Kuboku. Yarımfinal


Uruqvay - Kolumbiya 0:1

Qol: Cefferson Lerma, 39.

Qırmızı vərəqə: Daniel Munyoz, 45+1.




3-cü yer uğrunda görüş

14 iyul

04:00 Kanada - Uruqvay

Final

15 iyul

04:00 Argentina - Kolumbiya