DÇ-2022: Qətərə ən çox futbolçu göndərən klublar müəyyənləşdi
Noyabrın 20-də Qətərdə start götürəcək Dünya çempionatına ən çox futbolçu göndərən klublar müəyyənləşib.
mediasport.az xəbər verir ki, siyahıya 17 futbolçu ilə "Bavariya" başçılıq edir.
Almaniya klubunun üzvləri 8 müxtəlif yığmanın heyətində forma geyinəcək. Sıralamada ikinci-üçüncü yerləri 16 oyunçu ilə "Mançester Siti" və "Barselona" bölüşdürür. İngiltərənin digər nəhəng klubu - "Mançester Yunayted"lə Madrid "Real"ı mundialda 13 futbolçu ilə təmsil olunacaq.