ABŞ şirkəti PSJ-nin səhmlərini alıb
ABŞ-nin "Arctos Partners" şirkəti Fransa klubu PSJ-nin 12.5 faizlik hissəsini satın alıb.
Mediasport.az xəbər verir ki, fransızlar bu satışdan 4.25 milyard avro qazanc əldə ediblər.
İdmanın fərqli istiqamətlərinə investisiya yatıran şirkət Paris təmsilçisinin inkişaf strategiyasına heç bir təsir göstərməyəcəyini açıqlayıb.
"Arctos Partnes" daha çox PSJ-nin qadınlardan ibarət komandasının inkişafına diqqət ayıracaq və infrastrukturun yenidən qurulmasına dəstək göstərəcək.
MLS və NBA kimi müxtəlif idman çempionatlarına sərmayə qoyan şirkət, eyni zamanda, ötən ay "Formula 1" komandası "Aston Martin"in də müəyyən hissələrini satın almışdı.