"Middlsbro"ya məğlubiyyət "Çelsi" veteranı üçün əlamətdar olub
İngiltərə Kubokunun yarımfinal mərhələsinin "Middlsbro" - "Çelsi" (1:0) matçı "zadəganlar"ın müdafiəçisi Tiaqu Silva üçün əlamətdar olub.
Mediasport.az xəbər verir ki, braziliyalı Rayan Giqqzdən sonra (40 yaş 39 gün) turnirin yarımfinalında oynayan ən yaşlı futbolçu olub (39 yaş 109 gün).
Silva cari mövsüm London klubunun heyətində bütün turnirlər daxil 22 oyun keçirib, 2 qol vurub.
Bu cüt arasında cavab dueli yanvarın 23-də keçiriləcək.
Yarışın digər yarımfinal qarşılaşmasında isə "Liverpul" "Fulhem"lə üz-üzə gələcək.