"Qarabağ" Avropada rekord vuran 5 klubdan biri oldu - İFFHS açıqladı
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ" bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olmaqla mövcud rekordu təkrarlayıb.
Mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.
Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinin "Ludoqorets" ilə cavab matçının əlavə vaxtında (əsas vaxt - 3:2) rəqibini darmadağın edib (yekun hesab - 7:2).
Buna qədər Almaniyanın "Ştuttqart" (1973/74), Fransanın "Lans" (1977/78), Kiprin "Omoniya" (2016/17) və Belarusun "Dinamo" (Minsk, 2018/19) kollektivləri eyni nəticəyə imza atıblar.