"Turan Tovuz"un göndərdiyi futbolçu 1-ci Liqada - RƏSMİ

"Turan Tovuz"un göndərdiyi futbolçu 1-ci Liqada - RƏSMİ

"Turan Tovuz"un müqaviləsinə xitam verdiyi Budaq Nəsirovun yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 28 yaşlı futbolçu Azərbaycan 1-ci Liqa təmsilçisi "Karvan"a keçib.

19 və 21 yaşadək futbol üzrə Azərbaycan milli komandalarında da forma geyinmiş Budaq bir neçə gün öncə "Turan Tovuz-2"nin heyətində "Səbail"in əvəzediciləri ilə matçda komanda yoldaşını vurduğu üçün qırmızı vərəqə görmüşdü.

Nəticədə, AFFA İntizam Komitəsi onu 4 oyunluq cəzalandırıb, "Turan" isə müqaviləsinə xitam verib.