"Sumqayıt"da növbəti ayrılıq - RƏSMİ
"Sumqayıt" futbol klubu daha bir məşqçisi ilə yollarını ayırıb.
mediasport.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda fizioterapevt vəzifəsində çalışmış Rövşən İsmayılovla başa çatmış müqaviləni yeniləməyib.
İsmayılov 10 il idi ki, "Gənclik şəhəri" təmsilçisində çalışırdı.
Qeyd edək ki, klub dünən qapıçılar üzrə məşqçi Emil Babayevlə də vidalaşıb.