Azərbaycan Premyer Liqasının oyunları sükutla başlanacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlanacaq.
Bu barədə "mediasport"a Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, "Qarabağ"ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadənin matçlarda yad olunacağını bildirib. Bu gün I Divizionda keçiriləcək 3 oyunda da mərhum futbolçunun xatirəsi anılacaq.
Premyer Liqada 34-cü turun görüşləri 12, 13, 14 və 17 mayda oynanılacaq.