"Araz-Naxçıvan" 0:3 uduzdu, Turan Manafov üçün yubiley oldu

"Araz-Naxçıvan" 0:3 uduzdu, Turan Manafov üçün yubiley oldu

“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı 24-cü tura təsadüf edib.

Cinah oyunçusu “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/2019 mövsümünə təsadüf edən futbolçunun ilk komandası “Sumqayıt” olub.

Qeyd edək ki, Turan Manafov “gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 oyun (3 qol) keçirib.