"Sabah" Mərakeş millisinin üzvünün transferini rəsmiləşdirdi - RƏSMİ
Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
MediaSport.az xəbər verir ki, Mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra Masazır klubunun uğurları üçün çalışacaq.
29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.
Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.