"Sabah" "Rapid"lə qarşılaşacaq

"Sabah" "Rapid"lə qarşılaşacaq

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinə aydınlıq gəlib.

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi ilk matçında Rumıniyanın “Rapid” (Buxarest) klubu ilə qarşılaşacaq.

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da) “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında keçiriləcək.