Arda Gülər "Real"da - RƏSMİ

Arda Gülər "Real"da - RƏSMİ

İspaniya nəhəngi "Real" Türkiyə milli komandası və "Fənərbağça"nın futbolçusu Arda Güləri transfer edib.

MediaSport.az xəbər verir ki, Madrid təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

"Kral klubu" sabah 18 yaşlı yarımmüdafiəçi üçün təqdimat mərasimi keçirəcək. "Real" Ardanın transferi üçün Türkiyə klubuna 20+10 milyon avro ödəyəcək