Ardıcıl 2 dəfə uduzan millimizin növbəti rəqibi Latviya olacaq

  Ardıcıl 2 dəfə uduzan millimizin növbəti rəqibi Latviya olacaq

20 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, öncədən Estoniyaya və Ukraynaya 3:0 hesabı ilə uduzan yığmamız, bu gün Bakı vaxtı ilə saat 23:00-da Latviya ilə qarşılaşacaq.

Səbuhi Əliyevin çalışdırdığı komanda Polşa ilə də oynayacaq.

Yanvarın 14-də başa çatacaq yarış qitə birinciliyinə - AVRO-2024-ə vəsiqə əldə edəcək.

Xatırladaq ki, 20 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisi bu il EEVZA-da keçirdiyi bütün oyunlarda məğlub olub.