"Gəncə" heyətini gücləndirdi

"Gəncə" heyətini gücləndirdi

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətinə yeni oyunçu qatıb.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi Amina Ramazanova ilə müqavilə imzalayıb.

Tərəflər arasında anlaşma 1 illik nəzərdə tutulub.

Ramazanova son mövsümü "Murov Az Terminal"da keçirib.