Azərbaycan çempionatında açılış oyununun vaxtı müəyyənləşib

Azərbaycan çempionatında açılış oyununun vaxtı müəyyənləşib

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümünün ilk oyunu sabah keçiriləcək.

Mediasport.az xəbər verir ki, 1-ci turda “Neftçi” və “Murov Az Terminal” klubları qarşılaşacaqlar.

Matç saat 15:00-da başlanacaq.

17:30-da isə “Azərreyl” - MOİK dueli start götürəcək.

Qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.