Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Bu gün voleybol üzrə Qızıl Avropa Liqasında 2-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan kişi və qadın milli komandaları da növbəti oyunlarını keçirəcəklər.

Qadınlardan ibarət yığma səfərdə Rumıniya kollektivi ilə qarşılaşacaq. Görüş Baakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Xatırladaq ki, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız 1-ci turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya (1:3) uduzub.

Kişilərdən ibarət milli isə Belçikanın qonağı olacaq. Matç saat 19:30-da start götürəcək.

Fərid Cəlalovun komandası Bakıda təşkil olunan 1-ci turda Rumıniya və Ukrayna kollektivlərinə 0:3 hesabları ilə məğlub olub.