ASAPES-də Anım Günü: II Fəxri Xiyaban ziyarət olunub - VİDEO

ASAPES-də Anım Günü: II Fəxri Xiyaban ziyarət olunub - VİDEO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan Anım Günü tədbiri keçirilib.

Mediasport.az xəbər verir ki, mərasim təhsil ocağının akt zalında professor-müəllim və tələbələrin, eləcə də inzibati işçilərin iştirakı ilə keçirilib.

Azərbaycan dövlət himni ilə başlanan tədbirdə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edərək şəhid olan Akademiyanın qəhrəman məzunlarından bəhs edən “Vətən deyəndə” sənədli film nümayiş olunub.

Qeyd edək ki, 44 günlük Vətən savaşı şəhidləri siyahısında Akademiyanın 15 məzununun da adı var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şəhid məzunların adına fəxri təqaüd təsis olunub və auditoriya verilib.

Tədbirin ardından tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə II Fəxri Xiyabana ziyarət taəşkil olunub.

Ziyarət zamanı 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib, şəhidlərimiz haqqında tələbələrə ətraflı məlumat verilib.

Akademiyanın tələbələri qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzərək onların yaxınlarına səbir diləyiblər.