Atıcılarımız Bakıdakı Dünya Kubokunda uğursuz çıxış ediblər

Atıcılarımız Bakıdakı Dünya Kubokunda uğursuz çıxış ediblər

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

Mediasport.az xəbər verir ki, bu gün tüfənglə 10 m məsafədən atəş açmada qarışıq komanda yarışı start götürüb.

Təsnifat mərhələsi başa çatdıqdan sonra qızıl və bürünc medallar uğrunda duellərin iştirakçıları müəyyənləşib.

Azərbaycan təmsilçiləri mükafatlar uğrunda mübarizəni dayandırıblar.

Nuranə Əliyeva və Üzeyir Tapdıqlı 620,2 xalla 38-ci olublar.

Jalə Bayramova və Ramiz Xəlilovdan ibarət komanda isə 615,2 xalla 40-cı yeri tutub.

Qeyd edək ki, təsnifat mərhələsində 41 komanda yarışıb.