"Medal gözləmirdim, sonluğun belə olması gözəldir” - Dünya 2-cisi
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atış açma yarışında Azərbaycan komandası gümüş medal qazanıb.
mediasport.az xəbər verir ki, fərdi atışda qadınlar arasında ən yüksək göstəriciyə imza atan (8-ci yer) Zeynəb Sultanova zəfər təəssüratlarını bölüşüb:
“Bu, beynəlxalq yarışlarda ilk medalımdır. Açığı, bu cür sonluq – medal gözləmirdim. Sonluğun belə olması gözəldir”
Atıcılıqla peşəkar səviyyədə çox qısa müddətdir məşğul olan Sultanova dünyanın ən güclülərinin qatıldığı mötəbər yarışda qadınlar arasında 8-ci, komanda yarışında isə 2-ci olmaqla böyük uğura imza atıb. O, gələcəyə ümidinin çox olduğunu deyib: “Mən 3-4 ildir atıcılıqla məşğul oluram. Olimpiadaya vəsiqə qazanmaq üçün hələ ki, təcrübəm çatmır. İndi ikinci yeri tutdum. İnşallah, zaman ötdükcə pillələrlə qalxa-qalxa ora kimi gedib çıxaram”.