AVRO-2024: İtaliya yığmasının 30 nəfərlik ilkin heyəti müəyyənləşib
Futbol üzrə İtaliya millisinin AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Luçano Spalletinin genişləndirilmiş siyahısında 30 futbolçu yer alıb.
Bu say iyunun 7-nə qədər 26-ya endiriləcək.
Xatırladaq ki, apenninlilər iyunun 15-də başlanacaq qitə birinciliyinin B qrupunda İspaniya, Xorvatiya və Albaniya ilə mübarizə aparacaqlar.
Qapıçılar: Canluici Donnarumma (PSJ, Fransa), Aleks Meret (“Napoli”), İvan Provedel (“Latsio”), Gilyelmo Vikario (“Tottenhem”, İngiltərə);
Müdafiəçilər: Françesko Açerbi, Alessandro Bastoni, Matteo Darmian, Federiko Dimarko (hamısı “İnter”), Raul Bellanova, Alessandro Buondjorno (hər ikisi “Torino”), Rikkardo Kalafiori (“Bolonya”), Andrea Kambyaso (“Yuventus”), Covanni di Lorenso (“Napoli”), Canluka Mançini (“Roma”), Corcio Skalvini (“Atalanta”);
Yarımmüdafiəçilər: Nikolo Barella, Davide Frattezi (hər ikisi “İnter”), Brayan Kristante, Lorenso Pelleqrini (hər ikisi “Roma”), Nikolo Fadjioli (“Yuventus”), Mihael Folorunşo (“Verona”), Jorjinyo (“Arsenal”, İngiltərə), Samuele Riççi (“Torino”);
Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El-Şaaravi (“Roma”), Rikkardo Orsolini (“Bolonya”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Dzakkani (“Latsio”).