Luka Quqeşaşvili ehtiyatda qalıb, Gürcüstan AÇ-nin astanasında

Luka Quqeşaşvili ehtiyatda qalıb, Gürcüstan AÇ-nin astanasında

Futbol üzrə AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda nəzərdə tutulmuş keçid pley-off görüşlərinə start verilib.

Mediasport.az xəbər verir ki, seçmə mərhələdə lisenziya əldə etmiş 21 milli komandaya Millətlər Liqası xətti ilə qoşulacaq daha 3 kollektiv məhz bu gün başlanan pley-off qarşılaşmalarının yekununda - 12 seçmənin öz arasında mübarizəsindən sonra müəyyənləşəcək.

Yayda Almaniyada keçiriləcək qitə birinciliyinin final mərhələsinə getməyi hədəfləyən Gürcüstan milli komandası bu yolda ilk uğurlu addımını atıb.

Villi Sanyolun baş məşqçisi olduğu komanda Tbilisidə Lüksemburq seçməsinə qalib gələrək mini-finala vəsiqə qazanıb.

Rəqibini 2:0 hesabı ilə üstələyən qonşularımız Almaniyaya yollanmaq üçün Millətlər Liqasının C qrupunda yer almış digər cütlük - Yunanıstan və Qazaxıstan duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili matçda 90 dəqiqə ehtiyatda qalıb.