Almaniya və İsveçrə 1/8-də

Almaniya və İsveçrə 1/8-də

Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, qitə birinciliyi artıq daha maraqlı mərhələyə keçib.

Bu gün qrup mərhələsində 3-cü turun görüşləri start götürüb və pley-offa rəsmən vəsiqə qazanan 2 kollektiv müəyyənləşib.

Almaniya və İsveçrə pley-offa yüksəliblər.

Geridə qalan 2 turdan sonra 24 yığmadan İspaniya və Portuqaliya da 1/8 finala maksimum nəticə ilə vaxtından əvvəl adını yazdırmağı bacarıb.


Avropa çempionatı. Qrup mərhələsi. 3-cü tur


A qrupu

23:00 Şotlandiya - Macarıstan 0:1

Baş hakim: Fakundo Telyo (Argentina)

Ştuttqart. "MHP Arena"


23:00 İsveçrə - Almaniya 1:1

Baş hakim: Daniele Orsato (İtaliya)

Frankfurt. "Valdştadium"

Xal durumu: Almaniya - 7 xal, İsveçrə - 5 xal, Macarıstan - 2ə3 xal, Şotlandiya - 1 xal.