UEFA qərarını açıqlayıb: İsrailin harada oynayacağı dəqiqləşib
UEFA İsrail millisinin AVRO-2024-ün seçmə qrup mərəhləsi çərçivəsində keçirəcəyi 2 ev oyununun yerini açıqlayıb.
Mediasport.az xəbər verir ki, yığma qarşıdakı iki matçını Macarıstanda keçirəcək.
İsraillilər noyabrın 15-də İsveçrə, 18-də isə Rumıniya milliləri ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Avropa futbol təşiilatı Fələstinlə münaqişəyə görə təhlükəsizlik məsələlərini ön plana çıxararaq İsraildə baş tutmalı olan qarşılaşmaları təxirə salmışdı.