Millinin əsas qapıçısı heyətdə olmamasının səbəbini açıqladı

Millinin əsas qapıçısı heyətdə olmamasının səbəbini açıqladı

Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmanın əsas qapıçısı Rövşən Hüseynli heyətdən kənarda qalıb.

Qolkiper bunun səbəbini rəsmi sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb:

"Dəyərli dostlar, tanışlar! Maraqlanan hər kəsə təşəkkürlər. Millinin heyətində yer almamağımın səbəbi viza problemi ilə əlaqədardır. Legioner həyatının belə çətinlikləri də olur. Qısa zaman sənədləri tam həll etməyə çətinlik yaratdı. Şükürlər olsun, 10 ildən artıqdır millinin hər bir toplanış və oyunlarında əsas heyət üzvü kimi iştirak etmişəm. Belə hal ilk dəfədir yaşanır. İnşallah, bundan sonra toplanış və oyunlarda heç bir çətinlik yaranmaz. Əvvəllər olduğu kimi, heyətdə olub milli komandamızı layiqincə təmsil etmək üçün əlimdən gələni edərəm".