"Avrokuboklarda asan matç olmur"

"Avrokuboklarda asan matç olmur"

"Matçın çətin keçəcəyini əvvəldən bilirdik. Bu günlər ərzində necə hazırlaşdığımızı meydanda göstərə bildik".

mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK ilə səfərdəki cavab oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Ağdam təmsilçisi ilk görüşdə olduğu kimi, cavab oyununda da rəqibinə 2:1 hesabı ilə qalib gəlib və pley-offa adlayıb. 25 yaşlı yarımmüdafiəçi buna görə qürurlu olduqlarını söyləyib:

Rəqib üçün çətin oldu. Çünki azlıqda qaldılar. Belə halda oynamaq çox çətindir. Amma onsuz da biz yaxşı çıxış edirdik. Qələbə qazandığımız üçün çox qürurluyuq"

O, pley-off mərhələsində "Olimpiya"ya qarşı keçirəcəkləri oyunlar haqqında da fikirlərini bölüşüb:

"Avrokuboklarda asan matç olmur. "Olimpiya" ilə görüşlərin də çətin keçəcəyini düşünürəm. Ümid edirəm ki, bu oyunlarda da yaxşı çıxış edərək daha da irəli gedəcəyik".