İntizam Komitəsi "Səbail" və "Qəbələ"nin cəzasını açıqlayıb

İntizam Komitəsi "Səbail" və "Qəbələ"nin cəzasını açıqlayıb

AFFA İntizam Komitəsi "Səbail" və "Qəbələ" klublarını da cərimələyib.

Mediasport.az xəbər verir ki, hər iki klub 4 futbolçusu Premyer Liqanın XXIV turunun matçlarında sarı vərəqə aldığı üçün 700 manat cərimə ödəyəcək.

"Qəbələ"nin oyunçuları "Kəpəz"lə, paytaxt təmsilçisinin üzvləri isə "Sabah"la görüşdə rəsmi xəbərdarlıq alıblar.

Bundan başqa, Qəbələ klubuna azarkeşlər tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün xəbərdarlıq edilib.