"Turan Tovuz"lu futbolçunun yığması KONKAKAF-ın finalına çıxdı
ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirində finalçılar müəyyənləşib.
MediaSport.az xəbər verir ki, ilk yarımfinal matçında "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama yığması ABŞ futbolçuları ilə qarşılaşıb.
Panama millisi 0:0 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq olmaqla finala vəsiqə qazanıb.
Digər finalçı isə Yamayka yığmasına 3 cavabsız qol vuran Meksika seçməsi olub.
Həlledici duel iyulun 17-də Bakı vaxtı ilə 03:30-da start götürəcək.