Macarıstandakı Avropa Kubokunda 12 cüdoçuyla təmsil olunacağıq
19-20 noyabr tarixlərində Macarıstanın Györ şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı keçiriləcək.
mediasport.az xəbər verir ki, turnirdə Azərbaycanın 12 (9 oğlan, 3 qız) cüdoçusun iştirak edəcək.
Oğlanlar: Mirxaliq İskəndərov, Fərid Qarayev, Məhəmməd Məmişov (hamısı 55 kq), Xanəhməd Şərifov, Nicat Süleymanlı (hər ikisi 60 kq), Mehdi Cəfərov (66 kq), Abil Yusubov (73 kq), Tuncay Şamil (81 kq), Ramazan Əhmədov (+90 kq).
Qızlar: Fəridə Mirzəyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Qasımova (57 kq).
Turnirdə iştirak üçün bu günədək 15 ölkədən 132 cüdoçu qeydiyyatdan keçib.