Dünya çempionatı: 5 güləşçidən yalnız Dursunov yarımfinala çıxa bildi
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
mediasport.az xəbər verir ki, yunan-Roma pəhləvanlarının ardından meydan sərbəst güləşçilərə verilib.
İlk gün 5 idmançımızdan yalnız Yusif Dursunov yarımfinala çıxa bilib. 110 kq-da yarışan güləşçimiz bu mərhələdə ermənistanlı idmançı ilə qarşılaşacaq.
48 kq-da Bəşir Verdiyev, 55 kq-da Əli Əliyev, 65 kq-da Mirzəağa Axundov və 80 kq-da İsmayıl Əsədli mübarizəni erkən başa vurub.