RƏSMİ: "Trabzonspor"dan ayrılan millimizin üzvü Qazaxıstanda
Futbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Nərgiz Hacıyeva Türkiyə Superliqası təmsilçisi "Trabzonspor"dan ayrılıb.
Mediasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.
Təcrübəli futbolçu Yüksək Liqada yarışan "Aktobe" klubu ilə müqavilə bağlayıb.
2019-cu ildən dəvət aldığı yığmamızda 11 oyun keçirmiş Hacıyeva "Trabzonspor"a qədər Rusiyada "Torpedo" (İjevsk), "Ryazan" (Ryazan), Türkiyədə isə "Fatih Vatanspor", "Hakkarigücüspor" komandalarında çıxış edib.