Millimizin baş məşqçisinin komandası finalda - Yığma futbolçularımız üz-üzə
Qadın futbolu üzrə Türkiyə Superliqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Ayşən Əhmədovanın formasını geyindiyi “Fomget” “ALG Spor”a 0:1 hesabı ilə uduzsa da, iki oyunda qazandığı 3:1 hesablı qələbə sayəsində finala çıxıb.
Klubun idman direktoru qadınlardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərovdur.
Yığmamızın digər futbolçuları - Göknur Güləryuz və Nazlican Parlakın şərəfini qoruduğu “Fənərbağça” isə komandamızın başqa bir üzvü Kristina Bakarandzenin çıxış etdiyi “Qalatasaray”la 2:2 hesablı bərabərə qalıb. “Bülbüllər” iki görüşün nəticəsinə görə həlledici matça vəsiqə qazanıblar.