Kişi komandamız qələbə qazandı, qadın millimiz ilk dəfə məğlub oldu
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Mediasport.az xəbər verir ki, 7-ci turda Azərbaycan milliləri Qazaxıstan komandaları ilə üz-üzə gəliblər.
Kişilərdən ibarət yığmamız 3:1 hesablı qələbə qazanaraq qalibiyyət sayını 5-ə çatdırıb:
Aydın Süleymanlı – Denis Maxnev 1:0
Nicat Abasov – Kazıbek Noqerbek 0,5:0,5
Rauf Məmmədov – Alişer Süleymanov 0,5:0,5
Məhəmməd Muradlı – Ramazan Jalmaxanov 1:0
Qadın komandamız isə turnirdə ilk məğlubiyyətini alıb:
Günay Məmmədzadə – Bibisara Assaubayeva 0,5:0,5
Ülviyə Fətəliyeva – Meruert Kamalidenova 0:1
Gövhər Beydullayeva – Kseniya Balabayeva 0,5:0,5
Gülnar Məmmədova – Alua Nurman 0:1
Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.
Hazırda kişilərdən ibarət kollektiv 10 xalla 14-cü pillədə qərarlaşıb, lider Hindistanın 14, ikinci sıradakı İranın 13, Özbəkistanın isə 12 xalı var.
Qadınlar isə 10 xalla 19-cudur. Hindistan 14 xalla liderdir. Polşa və Qazaxıstan 12 xala malikdir.
Bu gün hər iki milli komandamızın rəqibi İtaliya yığmaları olacaq.