Qitəmiqyaslı turnirdə 40 şahmatçı Azərbaycanı təmsil edəcək
Çexiyada uşaq və yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycanın da iştirak edəcəyi turnirdə 40-dan çox ölkədən şahmatçılar qələbə qazanmağa çalışacaqlar.
Turnirdə ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, o cümlədən Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri mübarizə aparacaqlar. Ümumilikdə 40 şahmatçı ölkəmizi təmsil edəcək.
Avqustun 22-də başlayacaq turnirə ayın 31-də yekun vurulacaq.