Avropa çempionumuza İsveçrədə xüsusi mükafat verildi
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) Konqresi keçirilib.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, bu mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, Dünya çempionatının finalçısı Anna Baştaya qadın sablyaçılarn şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim edilib.
Daha əvvəl bu titula ikiqat dünya və Avropa çempionu, Dünya Kubokunun qalibi olmuş Azərbaycan qılıncoynadanı Yelena Jemayeva layiq görülüb.
Azərbaycan Qılıncoynatma Federasiyasını konqresdə baş katib Vasif Məmmədov təmsil edib.